Qan Bankında bütün qan qruplarının ehtiyatı var - RƏSMİ

14:14 | 16.07.2020
Qan Bankında bütün qan qruplarının ehtiyatı var - RƏSMİ

Qan Bankında bütün qan qruplarının ehtiyatı var - RƏSMİ

Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır.

Müdafiə Nazirliyindən Anews.az-a verilən məlumatda qeyd olunur ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.

"Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O, bildirib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur".


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM