Teleqraf.com-un məlumatına görə, döyüşlər Luqansk ərazisindən Mariupola qədər bütün cəbhə xəttini əhatə edir.
Bu barədə Mariupolda vəziyyət üzrə operativ qərargahın iclasında müdafiə naziri Stepan Poltorak bildirib: "Luqansk ərazisindən başlayaraq Mariupola qədər və hər yerdə qanunsuz silahlı birləşmələr Rusiya bölmələriylə birlikdə hücuma keçirlər".
Ukraynanın baş naziri Arseniy Yasenyuk isə işğal təhlükəsi ilə bağlı dərhal Mariupolda vəziyyət üzrə BMT-nin Təhlükəsizlik Şurasının iclasının çağırılmasını xahiş edib. Mariupolda baş verən bugünkü terror aktı nəticəsində qurbanların sayı artıq 27-yə çatıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !