Sentyabrın 27-dən 28-nə keçən gecə insanlar nadir fəza hadisələrindən olan "Qanlı Ay tutulması”nı izləyə biləcəklər.
ANN.Az CNN-ə istinadən xəbər verir ki, budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə "qanlı Ay” kimi tanınır.
Astronom alimlərin şərhinə görə, həmin gün Ay səmada tam görünməklə yanaşı, Yer kürəsinə bir qədər də yaxınlaşacaq və nəticədə onun üzərinə planetimizin kölgəsi düşəcək. Günəş şüaları Yerin atmosferını keçərək göy və bənövşəyi rəngləri aradan götürəcək və bu zaman Ay bütünlüklə qırmızı rəngə boyanacaq.
Avropa alimləri ayın Yerə yaxınlaşmasını heç də xoşagələn hadisə hesab etmirlər. Bu təbiət hadisəsinin planetimizdə yeraltı tektonik proseslərə, vulkanların oyanmasına, sel, qasırğa və texnogen fəlakətlərə təsir edəcəyi istisna olunmur.
Xristian din adamlarının proqnozu isə daha bədbindir. Onların fikrincə, 1493-cü ildən bəri "qanlı Ay” hər dəfə Yaxın Şərqdə gərgin proseslərlə müşayiət olunub. Bəzi xristianlar isə "qanlı Ay”ın qiyamətə işarə olduğuna inanırlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !