"Qanuni oğru"ların "sxodka"sına basqın

17:29 | 23.01.2015

"Qanuni oğru"ların "sxodka"sına basqın

Rusiyanın paytaxtı Moskvada "qanuni oğru"lara qarşı növbəti əməliyyat keçirilib.

ANS PRESS-in məlumatına görə, Moskva polisinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat "qanuni oğru"ların "sxodka"sı zamanı olub.

Əməliyyat zamanı 15 kriminal avtoritet saxlanılıb. Saxlanılanlar arasında Tsirkam, Zabava, Tyurik, Boskes və Teko kimi avtoritetlər də olub.

İndi onların başqa əməllərdə iştirakının olub omadığı araşdırlır.

Saxlanılanlardan biri - "Voskres" ləqəbli Vasili Xristoforov bir neçə ay öncə keçirilən "sxodka" zamanı da saxlanmışdı. "Sxodka" ötən ilin oktyabr ayında "Boçka" kafesində keçirilmişdi. O, zaman Ded Hasanın qardaşı oğlu da daxil olmaqla 17 nəfər saxlanılmışdı.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM