Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski Rusiyanın viza rejimi tətbiq etmədiyi ölkələrdən gələn və Rusiya qanunlarını pozan xarici ölkə vətəndaşlarının ölkəyə girişinin yasaqlandığı müddətin 10 ilə qədər artırılmasını istəyib.APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, K. Romodanovski bu təklifi Dövlət Dumasında səsləndirib. O xatırladıb ki, bu yaxınlarda Dövlət Duması qanunları pozan əcnəbilərin 3 il müddətinə Rusiyaya girişinə qadağa qoyulması haqda norma qəbul edib: “Təklif edirəm ki, daha irəli gedək. Məsələn, ölkədə icazə verilən müddətdən qanunsuz olaraq yarım il çox qalanlara 5 illik qadağa, bir ildən çox qalanlara 10 il qadağa qoyulsun”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !