Qanunsuz ət kəsimi məntəqələri aşkarlandı

11:41 | 17.07.2019
Qanunsuz ət kəsimi məntəqələri aşkarlandı

Qanunsuz ət kəsimi məntəqələri aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) paytaxtın Nərimanov rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirib.


AQTA-dan verilən məlumata görə, reydlərdə Nərimanov Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak edib.


AQTA əməkdaşları Nərimanov rayonunun F.Yusifov, Ə.Əliyev və Ağa Neymatulla küçələrində 12 ünvanda fəaliyyət göstərən məntəqədə olub. Məntəqələrdə satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb. Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.


Araşdırmalar aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb