Qanunsuz fəaliyyət göstərən lotoreya şirkətlərinin fəaliyyəti dayandırılır - Nazir müavini

13:32 | 24.05.2023
Qanunsuz fəaliyyət göstərən lotoreya şirkətlərinin fəaliyyəti dayandırılır - Nazir müavini

Qanunsuz fəaliyyət göstərən lotoreya şirkətlərinin fəaliyyəti dayandırılır - Nazir müavini

Yaxın zamanlarda qanunsuz fəaliyyət göstərən lotoreya şirkətlərinin fəaliyyəti məhdudlaşdırılacaq. Bunu İqtisadiyyat Nazirinin müavini Elnur Əliyev bildirib. 
 
"Bununla bağlı qanunvericilikdə dəyişiliklər olub. Artıq iki dövlət qurumuna müraciət olunub. Yaxın müddətdə fəaliyyəti məhdudlaşdırılacaq", - nazir müavini mayın 24-də  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyevin iradına cavab olaraq bildirib. 
 
Millət vəkili Rüfət Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qanunsuz fəaliyyət göstərən lotoreya şitkətlərinə nəzarət mexanizmi olmasını təklif edib. Deputat bildirib ki, bu cür şirkətlərin əli ilə büdcə pulları xaricə köçürülür. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM