Qanunsuz ov edən 65 nəfər saxlanılıb

15:00 | 13.04.2017
Qanunsuz ov edən 65 nəfər saxlanılıb

Qanunsuz ov edən 65 nəfər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən qurumlarının əməkdaşları tərəfindən respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması istiqamətində növbəti reydlər keçirilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, yanvar-mart ayları ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 65 vətəndaş saxlanılaraq onlardan 61 ov tüfəngi, 147 patron, qanunsuz ovlanmış 11 quş və 4 heyvan götürülüb.

İnzibati xəta törətmiş qanun pozucuları barəsində protokollar tərtib edilərək 56 nəfərə 58136 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 9 qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM