Qanunsuz ovla məşğul olan 110 şəxs saxlanılıb

23:42 | 17.10.2017
Qanunsuz ovla məşğul olan 110 şəxs saxlanılıb

Qanunsuz ovla məşğul olan 110 şəxs saxlanılıb

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər keçirilir.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Bildirilir ki, Nazirliyin əməkdaşları tərəfindən "Ovçuluq haqqında” və "Heyvanlar aləmi haqqında” Qanunların tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.

2017-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 110 vətəndaş saxlanılaraq onlardan 90 ov tüfəngi, 396 patron, 22 ədəd quş və 10 baş heyvan götürülüb. Qanun pozucuları barəsində protokollar tərtib edilərək 98 nəfərə 95790 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 13 fakt üzrə isə təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Eyni zamanda, cari ilin ötən dövrü ərzində keçirilən reydlər zamanı ayrı-ayrı ictimai-iaşə obyektlərində vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə, qəfəsdə saxlanılması ilə bağlı 8 fakt aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub, vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM