Qazax Rayon Məhkəməsinin hakimi Elnur Muxtar oğlu Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, o qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozub.
Prezidentin digər sərəncamı isə Naxçıvan Şəhər Məhkəməsinin sədri Hüseyn Məmmədovun iş yerinin dəyişdirilməsi haqqında olub.H. Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !