“BBC”-nin xəbərində deyilir ki, Luqanskdan maşınlarla gələn qaçqın karvanı Qrad raketləri və minomyotlar vasitəsi ilə intensiv atəşə tutulub. Bu barədə “BBC“ radiosu Ukraynanın hərbi mənbələrindən məlumat əldə edib.Ukrayna bu insidentə görə separatçıları ittiham etsə də, onlar Novosvitilka kəndi yaxınlığında baş verən bu hücumdan xəbərsiz olduqların bildirirlər. Separatistlərin xəbər portalı bildirib ki, həmin ərazidə onlarla Ukrayna hərbçiləri arasında qarşılıqlı və ağır artilleriya atışması olub. Ukrayna hərbçiləri üsyançıların əlində olan Luqansk doğru hərəkət etməkdədir. Əsas bazaları orada yerləşən üsyançıların ərzaq və silah ehtiyatları tükənmək üzrədir. Ukrayna hərbçiləri deyiblər ki, uşaqlar və qadınlar da daxil olmaqla çox sayda adam öldürülüb. Digər hərbçi isə bildirib ki, maşın karvanında olanların çoxu raket atəşindən sonra diri-diri yanıb. Üsyançıların sözçüsü isə bildirib ki, Ukrayna hərbçiləri Qrad raketlərindən və qırıcılardan istifadə edirlər. Onlar özləri bu kimi hücumlar zamanı daha çox mülki insanların ölümünə səbəb olurlar. “BBC” bildirir ki, Ukrayna qoşunları Luqanska yaxınlaşdıqca şəhəri qoyub qaçanların sayı sürətlə artır. Bazar günü dövlət rəsmiləri bildiriblər ki, Luqanskın polis idarəsinin üzərində Ukrayna bayrağı asılıb. May ayından bəri ilk dəfədir ki, separatçıların əlində olmuş ərazidə belə bir fakt qeydə alınır. (musavat.com)
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !