Anews.az xəbər verir ki, gecə saatlarından başlayaraq dumanlı hava və yağan qar Muğanlı dolaylarında və Ağsu aşırımında nəqliyyatın hərəkətində bir sıra çətinliklərə səbəb olub. Şamaxı-İsmayıllı və Şamaxı-Ağsu rayonlarını birləşdirən bu avtomobil yollarının yüksək dağlıq ərazidən keçən bəzi hissələri, eləcə də Dəmirçi-Lahıc yolu buz bağladığından, avtomobillərin hərəkəti qismən məhdudlaşıb.
Qarın yağması səbəbindən hazırda İsmayıllı və Ağsunun bir neçə dağ kəndinə gediş-gəlişi çətinləşdirib.
www.anews.az