ABŞ-ın şərq hissəsində tüğyan edən qar fırtınası Nyu-Yorkda bir sıra dövlət və özəl qurumlarını işini vaxtından əvvəl dayandırmağa məcbur edib.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq qərar idarə və şirkət rəhbərləri tərəfindən verilib.
Qar boranı Nyu-Yorkun mərkəzi – Manhettendə güclü tıxaclara səbəb olub. Kommunal xidmətlər şəhərin əsas yollarında belə qarı təmizləməyə ciddi çətinlik çəkir. Yol-nəqliyyat hadisələrinin sayının kəskin artığı bildirilir. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !