Qar çovğunu 21 nəfərin həyatına son qoydu

19:55 | 14.02.2014
Qar çovğunu 21 nəfərin həyatına son qoydu

Qar çovğunu 21 nəfərin həyatına son qoydu

Güclü qar çovğunu ABŞ-ın şərq sahillərində 21 nəfərin ölümünə və ərazinin xeyli hissəsində həyatın iflic olmasına səbəb olub. Trend-in məlumatına görə, bu barədə cümə günü "Amerikanın səsi" radiostansiyasının rus xidməti xəbər yayıb.

Təbiət hadisəsinin tüğyan etməsi 50 ştatdan 49-na qar gətirən sərt qışın növbəti zərbəsi olub.

Nəticədə hava nəqliyyatı ciddi ziyan çəkib. Məlumatlara görə, bütün ölkədə 7600-dən artıq reys ləğv olunub.

ABŞ paytaxtında iş, demək olar, dayanıb. Federal müəssisələr, Ronald Reyqan adına Vaşinqton Milli Aeroportu bütün uçuş-eniş zolaqlarını bağlayıb. Şəhər avtobusları işini dayandırıb.

Hakimiyyət pis hava şəraitinin 21 nəfərin ölümünə səbəb olduğunu təsdiqləyib.

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM