Los-Ancelesin Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, qara çay çəki azalmasına və bağırsaqların mikroflorasının işinin yaxşılaşdırır.
anews.az-ın xəbərinə görə, tədqiqatın nəticələri European Journal of Nutrition nəşrində dərc edilib.
Tədqiqat zamanı alimlər siçanlardan istifadə ediblər. Gəmiricilər hər birinin öz qida rasionu olan dörd qrupa bölünüb. İki qrup gəmiriciyə qara və ya yaşıl çay verilirdi.
Məlum olub ki, həm qara, həm də yaşıl çay gəmiricilərdə bağırsaq bakteriyalarının nisbətini dəyişib.
Piylənmə ilə bağlı olan mikroorqanizmlərin sayı azalıb.
Alimlər qeyd edirlər ki, qara çayın tərkibində olan maddələr insan bağırsağının mikroflorasına da eyni təsir göstərir. Bu da öz növbəsində insan səhhətinə müsbət təsir göstərir və çəkinin azalmasına imkan yaradır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !