Qara plyonkalara görə cərimələr ləğv edilir? - AÇIQLAMA/ŞƏRH

13:41 | 29.10.2019
Qara plyonkalara görə cərimələr ləğv edilir? - AÇIQLAMA/ŞƏRH

Qara plyonkalara görə cərimələr ləğv edilir? - AÇIQLAMA/ŞƏRH

Milli Məclisin deputatı  Tahir Kərimli avtomobillərə tətbiq edilən plyonka qadağasının aradan qaldırılmasını təklif edir.

T.Kərimli  deyir ki, plyonkaya görə cərimələrin yazılması vətəndaşları narazı salır.

Onun sözlərinə görə, qanunvericiliyə dəyişikliklər edilməli, qadağa götürülməlidir.



"Bu qadağanın tətbiq edilməsi absurddur. Beynəlxalq qanunvericiliyə əsasən, avtomobilin ön şüşələri istisna olmaqla, arxa şüşələrə plyonka və ya digər vasitələr vurula bilər. Belə bir qadağa yoxdur. Tutaq ki, biri ailəsinin gizliliyini təmin etmək istəyir, digəri görünmək istəmir, yəni bu, insanların seçim hüququdur. İnsanlar var ki, günəş şüasına qarşı allergiyası var, onlar nə etməlidir? Azərbaycanda milyonlarla insan avtomobilində ilin 6 ayında plyonkadan istifadə edir, digər 6 ayında isə plyonkanı sökür. Bu, həddindən artıq xərc tələb edir”, - deyə millətvəkili bildirib.

Anews.az olaraq məsələni ekspertlə danışdıq.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, millət vəkili ilə fikirləri üsr-üstə düşür.

Onun sözlərinə görə, bu mənasız qadağa aradan qaldırılmalıdır.



"Tahir Kərimli və Çingiz Qənizadə ilə fikirlərimiz üst-üstə düşür. Biz illərdir ki, bu qanunun dəyişməsini istəyirik. Bu mənasız qadağa aradan qalxmalıdır. Azərbaycan Respublikası konstitusiyasına, prezidentin 2018-ci ilin dekanbrında imzaladığı sərəncama istinadən edib, bu qadağanı aradan qaldırmaq olar. Bunlarda da açıq ifadə olunub ki, Yol hərəkətinin təşkili beynəlxalq standartlara uyğunlaşsın. Beynəlxalq standartlarda da belə bir şey yoxdur. Bu mənasız qadağa yalnız bizdə var”, - deyə Elməddin Muradlı bildirib.

Ekspert deyir ki, ön şüşələrdə qara plyonkanın qəti əlehinədir.

Onun sözlərinə görə, yalnız arxa yan şüşələrdə bu qadağalar aradan qaldırıla bilər.

"Ön şüşələrdə plyonka vurmaq olmaz. Bu, qanunvericliyin tam əksinə gedər. Çünki ön şüşələrdə plyonka olsa, kameralar heç bir halda maşında telefonla danışılmasın, maşının kəmərsiz sürülməsini və digər qanunsuzluqları lentə ala bilməz. Ancaq arxa yan şüşələrdə polyonkaların qadağan olunması anlaşılan deyil və ziyanlıdır. Çünki plyonka pərdə deyil ki, qış gələndə söküb atasan evə. Adamlar 30 manatdan 200 manata qədər xərc çəkib plyonkanı çəkirlər, bir müddət keçəndən sonra, sökmək məcburiyyətində qalırlar. Bu mənasız qadağadır və bu mənasız qadağa aradan qaldırılmalıdır. Bu DYP-nın işi deyil, birbaşa millət vəkillərinin işidir”, - deyə Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib.

Dövlət Yol Polis idarəsindən isə bildirdilər ki, onların təklifi və ya şərhi yoxdur. Qanunvericilikdə necə təsbit olunsa, ona uyğun fəaliyyət göstərəcəklər.

Qaydalara əsasən DYP inspektoru vizual olaraq şüşələrinin qara olmasını müəyyən etdikdən sonra, bunu təsiqləmək üçün avtomobilinizi saxlatdıra bilər. Birbaşa yoxlanış bu cür baş verir. İnspektor saxlayır, saxlama səbəbini deyir, sənədləri tələb edir, taumetr adlanan cihazla isə cihazın istismar kitabçasına uyğun yoxlama aparır. Taumetr adlanan cihaz inspektorda yoxdursa, posta və ya cərimə meydançasına getməklə bağlı göstəriş qeyri-qanunidir. Qanunda bu cür göstəriş nəzərdə tutulmayıb. Şüşələrin qara olması ilə bağlı cərimə yazarkən (yeri gəlmişkən, 150 manat deyil, 50 manatdır) bu qayda pozunstunun sübut edilməsi ilə nəticələnməlidir. Yerində sübut isə, yoxlamadan mümkün deyil.

Ölçmədən öncə sürücü bu cihazın uyğunluq sertifikatını və istkmar kitabçasını (pasportunu) tələb edə bilər. Sürücü əmin olmalıdır ki, bu cihaz rəsmi olaraq texniki ölçü cihazı kimi təsdiqlənib. Qaranlıq havada, yağışda və soyuqda ölçməyə qadağa mövcud deyil. Bütün qadağaıar cihazın kitabçasında qeyd edilir. Əgər belə qadağalar varsa, DYP inspektoru buna diqqət etməlidir. 
Keçək cərimə məsələsinə. İXM-də ban şüşlərinə plyonka və pərdə çəkilməsinə görə 150 manat miqdarında cərimə nəzərdə tutulub. Lakin praktikada  DYP inspektorları qara şüşələrə görə də 150 manat cərimə yazırlar. Qanuna görə belə olmaz. Və ümumiyətlə həmin avtomobil heç cərimə meydançasına belə gedə bilməz.

İXM-nin 96-cı maddəsinə əsasən: 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda sürücü idarəetmədən kənarlaşdırılır. 
Qara şüşələrə görə isə 342.5-ci maddəni tədbiq etmək daha doğru olur - Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat cərimə edilir. Əlavə olaraq onu qeyd edim ki, əgər avtomobildə plyonka və ya pərdə varsa və yerində sürücü tərəfindən sökülərsə cərimə yazılır, lakin avtomobil cərimə meydançasına getmir.
Sənaye üsullu jalüzlər.

AZS 122-2004 : Avtomobilin şüşələri ilə bağlı rəsmi dövlət standartı. İlk olaraq onu qeyd edək ki, AZS 122-2004-də sürücünün görünüş dairəs П şəkilli müəyyən edlilib (bənd 3.2.4). Rəsmi dövlət standartını saytımızdan yükləyə bilərsiniz. Bizim qanunda sürücünün arxasında qalan şüşələrə jalüz asılmağa icazə var. Qadağa yoxdur və cəriməsi mövcud deyil. Çünki İXM 342.2.4 maddəsində deyilir : Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə.

İcazə verilməyən örtük - qanunda plyonka və pərdə olaraq müəyyən edilib. AZS 122-2004 satadartına son edilmiş dəyişikliyə görə sənaye üsullu jalüzlər (bunu hələ müəyyən etmək lazımdır ki. sənayə dedikdə nəyi nəzərdə tuturlar) yalnız 1 may -15 noyabr tarixində istifadə edilə bilər. Lakin İXM-də bununla bağlı həır hansı bir cərimə movcud deyil. Çünki İXM 342.2.4-ü maddəsi 1 saylı əlavədə nəzərdə tutulmuş plyonka və pərdəni qanundan kənar hesab edir. Qanunda eləcə də yazılıb :  şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə. Yazılsaydı ki,  şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka, eləcə də AZS 122-2004 standartına əsasən mövsümdən kənar ) çəkildikdə. Bu başqa məsələ. Lakin bu hələ harasıdır. Guya 1 may 15 noyabrdan kənar jalüz istifadə edilsə nə olacaq ? Noyabrın 20-i taxılan jalüzlə mayın 5-i taxılmış jalüz arasında nə prinsipial və əhəmiyətli fərq var ? Məncə yoxdur. Noyabrın 15-i çox güman saytlar, tv-lər reportajlar hazırlayacaq, ola bilər kiməsə cərimə də yazsınlar. Yazsalar, rahatlıqla İXM 342.2.4 maddəsindən şikayət edə bilərsiniz.

Həzi



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM