"Qarabağ" Avropa Liqası ilə vidalaşdı

23:50 | 03.11.2022

"Qarabağ" Avropa Liqası ilə vidalaşdı

"Qarabağ” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb.
 
Turnirin qrup mərhələsinin altıncı turunda Azərbaycan çempionu Almaniyanın "Frayburq” komandasını qəbul edib.
 
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç 1:1 hesabı ilə başa çatıb.
 
Ağdam təmsilçisinin heyətində Kvabena Ovusu fərqlənib, rəqib komandanın qolunu isə Nils Petersen vurub.
 
Qrupun digər oyununda "Olimpiakos" Yunanıstanda Fransanın "Nant" klubuna 0:2 hesabı ilə məğlub olub. Nəticədə hesabında 14 xal olan "Frayburq" və 9 xalla "Nant” turnirin səkkizdəbir final mərhələsinə adlayıblar. "Qarabağ” 7 xalla qrupu üçüncü pillədə başa vurub.
 
Təmsilçimiz mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb