Qarabağ BMT kürsüsündə

14:27 | 25.02.2015
Qarabağ BMT kürsüsündə

Qarabağ BMT kürsüsündə

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvis Daçiç BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağdakı vəziyyətlə bağlı hesabatla çıxış edib.

ANS PRESS-in məlumatına görə, o deyib ki, mən Dağlıq Qarabağda, qoşunların təmas xəttində son vaxtlar baş verən hadisələrdən xüsusilə narahatam. Ermənistan və Azərbaycan prezidentləri arasında ötən ildə keçirilən danışıqlara baxmayaraq, biz vəziyyətin kəskin pisləşməsini və siyasi prosesin ləngidilməsini müşahidə edirik.

Onun sözlərinə görə, Serbiya ATƏT-ə sədrliyi müddətində tərəflər arasında danışıqlar prosesinin davam etməsini və Minsk qrupu həmsədrlərinin münaqişənin uzunmüddətli nizamlanmasına gətirib çıxaracaq həll yollarının axtarışına yönəldilmiş səylərini dəstəkləyəcək.

ATƏT sədri deyib: "Mən Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri ilə yaranmış vəziyyəti vaxtaşırı müzakirə edirəm. Regiona qarşıdakı səfərim çərçivəsində dövlət başçıları ilə görüşüm nəzərdə tutulur."

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti