Qarabağ çaylarında keyfiyyət ölçən qurğular nə vaxt quraşdırılacaq? - RƏSMİ

16:42 | 03.12.2021
Qarabağ çaylarında keyfiyyət ölçən qurğular nə vaxt quraşdırılacaq? - RƏSMİ

Qarabağ çaylarında keyfiyyət ölçən qurğular nə vaxt quraşdırılacaq? - RƏSMİ

İşğaldan azad olunmuş ərazilərdəki çayların üzərinə keyfiyyət ölçən qurğuların quraşdırılması 2022-ci ilin martında başa çatacaq,  bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış" və "Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib.

"10 çay üzərində 11 hidroloji məntəqənin quraşdırılması və digər hidrometeoroloji stansiyaların bərpası nəzərdə tutulub. Bu siyahıya Oxçuçay da daxildir. Sensorlu, iri həcmli, keyfiyyət ölçən bu qurğular xaricdən gətirilir. Bütün qurğular gətirildikdən sonra sürətli internet ilə əraziləri təmin edilməli və bundan sonra prosesə statt verilməlidir. Analizlərin nəticələri istifadəçinin təyin etdiyi müddətdən asılı olaraq ekranda əks olunacaq. Müddət əsasən 10-15 dəqiqə ola bilər. Prosesin icrasına başlanılıb, lakin tamamlanması marta kimi davam edəcək”, - deyə nazir qeyd edib. 
 
Azad olunmuş zonalarda 11 çayda avtomat hidroloji stansiya, 3 çayda isə həm həm kefiyyət həm də kəmiyyət ölçmək üçün sensorlar quraşdılaracaq, bu da çayın ekoloji durumunu 10 dəqiqədən bir analiz etməyə imkan verəcək. 2022-ci ilin birinci yarısına kimi biz nəzərdə tutduğumuz kəmiyyət və kefiyyət sensorları quraşdırıb başa çatması nəzərdə tutulub.
 
Ölkə daxilində formalaşan su ehtiyatlarının 20%-i azad olunmuş ərazilərin payına düşür. Ölkə daxilində təxminən 10 milyard m su ehtiyatı varsa onun 2 milyarda yaxının Qarabağa aid etmək olar. Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən Qarabağın su ehtiyyatlarına dair rəqəmsal  su ehtiyyatları xəritəsi hazırlanıb.  Qarabağda, Zəngəzurda  istənilən, bir sahə üçün planlaşdırılan  işləri səmərəli təşkil etmək üçündür. Hazırlanan rəqəmsal xəritə elektron su təsərrüfatı sisteminə inteqrasiya olunacaq. Xəritə ümumilikdə 38 laydan ibarətdir. Burada istənilən çaylar, sular, hideroloji şəbəkələr, kanallar və müxtəlif məlumatları əldə edə bilərik. Xəritənin özəlliyi budur ki, çaya dair bütün məlumatlarla yanaşı bu ilin sonunadək  dövlət  nəzarəti çərçivəsində ölçmə işlərini avtomatik həyata keçirən, müasir 11 hideroloji  stansiyaların quraşdırılması planlaşdırırlır. Bu məlumatlar  avtomatik  olaraq  elektron su ehtiyyatları xəritəsində  göstəriləcək. Bununla əlaqədar olan bütün təşkilatlar,  Kənd Təsərrüfatı Nazirli və Azərsu məlumatlardan yararlana biləcək.
 
Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM