"Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının qrup mərhələsində 5-ci turun oyununa çıxıb.
Yenicag.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Bakıda "Çelsi” ilə qarşılaşır.
Ötən turda səfərdə "Atletiko”ya qalib gələrək (1:0) sürpriz nəticəyə imza atan "Qarabağ” qrup liderindən də xal almağa çalışacaq.
Xatırladaq ki, komandalar arasında Londonda keçirilmiş ilk oyun "zadəganlar”ın 5:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, "Qarabağ” qrupda sonuncu olsa da, növbəti mərhələyə çıxmaq şansını itirməyib.
22 noyabr
UEFA Gənclər Liqası, 5-ci tur
C qrupu
15:00 Qarabağ (Azərbaycan) – Çelsi (İngiltərə) – 1:0 (İkinci hissə)
Qol: Yaroslav Deda, 50
Baş hakim: Alper Ulusoy
Baş hakimin köməkçiləri: Mehmet Emin Tuğral, Deniz Caner Özaral (hamısı Türkiyə)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
Bakı. "Azərsun Arena”
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !