"Qarabağ" Çempionlar Liqasında Respublika stadionunda oynamayacaq

08:58 | 30.08.2017

"Qarabağ" Çempionlar Liqasında Respublika stadionunda oynamayacaq

"Qarabağ" futbol klubu Çempionlar Liqasının qrup mərhələsində ev matçlarını Tofiq Bəhrəmov adına Respublika stadionunda yox, Olimpiya stadionunda keçirəcək.

Virtualaz.org-un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, çərşənbə axşamı "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Olimpiya stadionuna baş çəkib, əsas və məşq meydançalarındakı qazonun vəziyyəti onu qane edib.

Əvvəllər jurnalistlər Q.Qurbanova Avrokubokun əsas oyunlarının Olimpiya stadionunda keçirilməsi ehtimalı haqda bir neçə dəfə suallar vermişdilər. "Qarabağ"ın çalışdırıcısı həmişə cavab vermişdi ki, onun komandasının öz stadionu – Respublika arenası var və onlar ev matçlarını orada keçirmək niyyətindədirlər. Amma görünür, baş məşqçi artıq öz qərarını dəyişib.

Beləliklə, "Qarabağ" "Roma", "Atletiko" və "Çelsi"ni 2019-un Çempionlar Liqasının finalının keçirilməsinə iddia edən arenada qəbul edəcək. Xatırladaq ki, "Qarabağ" "Roma" ilə Bakıda sentyabrın 27-də, "Atletiko" ilə oktyabrın 18-də, "Çelsi" ilə isə noyabrın 22-də oynayacaq.

Onu da qeyd edək ki, Olimpiya stadionu 68700, Tofiq Bəhrəmov adına Respublika stadionu isə 31200 tamaşaçı tutur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM