"Qarabağ" fransalı hücumçu ilə vidalaşıb

22:05 | 03.06.2024

"Qarabağ" fransalı hücumçu ilə vidalaşıb

"Qarabağ” futbol klubu hücumçu Adama Diakabi ilə yollarını ayırıb.
 
Klubdan verilən məlumata görə, 28 yaşlı fransalı hücumçunun bu mövsüm başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
 
2023-cü ilin yanvarından Ağdam təmsilçisində çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.
 
Fransalı futbolçu "Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb