“Qarabağ” “Frayburq”a məğlub olub

09:17 | 09.09.2022
“Qarabağ” “Frayburq”a məğlub olub

“Qarabağ” “Frayburq”a məğlub olub

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ” Almaniyanın "Frayburq” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
"Europa-Park" stadionundakı qarşılaşmada "Frayburq” 7-ci dəqiqədə hesabı açıb. Belə ki, "Qarabağ”ın müdafiəçisi Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Bu imkandan yararlanan Vinçentso Qrifo "Frayburq"a üstünlük qazandırıb. 
 
Komanda qısa vaxt sonra 2-ci qol ilə yerli azarkeşləri yenidən sevindirib. Birinci hisssənin sonlarına doğru "Qarabağ” oyunu ələ almağı bacarıb. 39-cu dəqiqədə "köhlən atlar”ın oyunçusu Marko Veşoviçin vurduğu qol ilə hesab 2:1 dəyişib.
 
Bir saatın tamamına kimi hər iki komanda hücumlar etsə də, hesab dəyişməz qalıb. 81-ci dəqiqədə Zubir cərimə meydançasında yerdə qaldıqdan sonra VAR-a müraciət olunsa da, matçın belçikalı baş hakimi Erik Lambrexts "Qarabağ"ın aşkar penaltisini təyin etməyib.  FRAYBURQ 2 - QARABAĞ 1.
 
"Qarabağ" sentyabrın 15-də II turda "Nant"ı qəbul edəcək, "Frayburq" isə "Olimpiakos"un qonağı olacaq. 
 
Məhluqə Tağıyeva
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti