Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu "Qarabağ” Futbol Klubunun kollektivinə müraciət edib.
Turkustan.info xəbərinə görə, müraciətdə qeyd edilib ki, komandanın beynəlxalq arenada əldə etdiyi uğurlar sevindiricidir: "Futbol oyunlarında komandaların stadiona hər bir oyunçunun əlindən tutan azyaşlı ilə çıxma praktikası mövcuddur. Cəmiyyətin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov təklif edib ki, "Qarabağ”ın Bakıda keçirilən oyunlarında futbolçular Qarabağ şəhidlərinin, qazilərin övladları və ya nəvələri meydan çıxsınlar.
Bu barədə xarici dillərdə məlumat hazırlayaraq, əcnəbi jurnalistlərə təqdim olunsun. Cəmiyyət olaraq bu təklifi dəstələyirik”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !