"Qarabağ" klubu AFFA-nın bu təklifindən İMTİNA EDİB

15:19 | 24.08.2022

"Qarabağ" klubu AFFA-nın bu təklifindən İMTİNA EDİB

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) "Qarabağ" klubuna Müşahidə Şurası yaratması təklif olunub və komanda bu təklifdən imtina edib. Bu barədə jurnalistlərə klubun direktoru Emrah Çelikel açıqlama verib.

""Qarabağ" futbol klubunun öz idarəetmə strukturu var. Bu struktur  peşəkarcasına və qarşılıqlı inam, etibar əsasında qurulmuş strukturdur. Müsbət nəticə əldə etdiyimiz bu məsələ barədə hər hansı dəyişiklik etmək istəmirik. Bu barədə AFFA-dan təklif gələndə imtina etdik və məsələni izah etdik", - o bildirdi.
 
Sadiq Cavadov 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti