• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

"Qarabağ" Mahirə dəstək oldu, azarkeşlər etiraz etdi: "Heç Messiyə belə dəstək olmurlar" - FOTOLAR

15.10.2018 13:55
"Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətova azarkeşlərin etirazı daha da böyüyüb.
 
Dünən baş tutan Azərbaycan - Malta oyununu zamanı azarkeşlər Mahiri fitə basıblar, onun əvəzlənməsini tələb ediblər.
 
Yığmanın baş məşqçisi oyunsonrası mətbuat konfransında Mahirin bu münasibətə görə ağladığını deyib.
 
Bu sözlərdən sonra "Qarabağ" futbol klubunun rəsmi səhifəsi Mahirə dəstək məqsədilə profil və örtük fotosunu dəyişib və futbolçusunun fotosunu yerləşdirib.
 
Klubun bu jesti də azarkeşləri qıcıqlandırıb. Klubun səhifəsində yazılıb: "Ən böyük dəyər sahib çıxmağı bacarmaqdır. Sevincin sevincimiz, kədərin kədərimizdir!"
 
Səbuhi Muradov adlı azarkeş bu fotoya yazıb: "Heç bir oyunçu qarabağdan və millidən böyük ola bilməz.nə milli nədə qarabağ sizin şəxsi obyektiniz deyil.rəsmi səhifənim rəsmi logosu olmalıdı". Onun bu şərhini 800-ə yaxın insan bəyənib.
 
Mehdi Bəybala yazıb: İşi bu qədər dramatikləşdirməyin yeri yoxdur. Bacarmırsa otursun ehtiyatda. Ordakı heyətin nəyə qadir olduğunu hamımız bilirik sadəcə azarkeşi çilədən çıxaran Mahirin sanki əvəzolunmaz birisiymiş kimi Qurban tərəfindən göstərilməsidir. Adam nə qədər pis olursa olsun gələn oyun yenə ilk 11 dədir. Təmkin, Namiq qat-qat çox haqq edir o formanı. 
 
Elgün Əfəndiyev yazıb:  O boyda #FCBarcelona'nın rəsmi səhifələri hələ görməmişəm ki, 5 qızıl topun sahibi olan Messinin şəklini səhifənin profil şəkli etsinlər. Bizim #QarabağFK'nın səhifəsi Mahirin şəklin profil şəkli edib ona dəstək olur. Həqiqətən, daha sözüm yoxdu!!! "Qarabağ"ın qarşıdakı oyunlarında rəqiblərinə uğurlar arzulayıram! Və mən bir daha Qarabağa azarkeşlik etməyəcəm!"/azxeber.com
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

“Qarabağ” yeni transferə hazırlaşır
İdman 17:54
“Qarabağ” yeni transferə hazırlaşır
“Qarabağ” - “Ayntraxt” oyununun biletləri sabah satışa çıxarılacaq
İdman 20:33
“Qarabağ” - “Ayntraxt” oyununun biletləri sabah satışa çıxarılacaq
"Qarabağ" Andre Klovis almaq üçün yenidən hərəkətə keçib
İdman 08:26
"Qarabağ" Andre Klovis almaq üçün yenidən hərəkətə keçib
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
İdman 08:20
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
İdman 23:00
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
İdman 23:33
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol