“Qarabağ” məğlub oldu
Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Qəbələ”- "Qarabağ” matçı Ağdam təmsilçisi üçün uğursuz alınıb.
Avro Liqaya çexiyalı hakim ucbatından yekun vuran "Qarabağ” səfərdə "Qəbələ”yə 2-1 hesabı ilə uduzub. Hesabı "Qarabağ”ın futbolçusu Namiq Ələsgrov açsa da, Soltanov və Dodo "Qəbələ”nin qələbəsını vurduğu qollarla təmin ediblər.
Məğlubiyyətə baxmayaraq Qurban Qurbanovun komandası 28 xalla liderliyini davam etdirir.
Qafqazınfo
Son xəbərlər
Daha çox