Qarabağ məsələsində Kremlin ikibaşlı oyunu: “Putin Qərbə üz tutub”

12:46 | 29.05.2015
Qarabağ məsələsində Kremlin ikibaşlı oyunu: “Putin Qərbə üz tutub”

Qarabağ məsələsində Kremlin ikibaşlı oyunu: “Putin Qərbə üz tutub”

"Cənubi Qafqazda eskalasiyanın olması hazırkı şəraitdə Moskvaya lazım deyil. Əgər vəziyyət gərgin olarsa belə, Rusiya sabitlik yaratmaq üçün təşəbbüs göstərəcək. Rusiyanın Qarabağ cəbhəsində eskalasiyanın qarşısının alınması üçün atacağı addımların nə dərəcədə effektiv olub-olmayacağı isə başqa məsələdir”.
Modern.az saytının verdiyi xəbərə görə bunu Rusiyanın məşhur hərbi eksperti Pavel Felqenhauer deyib.  

O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşün yekununda "Dağlıq Qarabağ münaqişəsinin həlli Moskvanın prioritet xarici siyasətidir” deməsini də şərh edib.  

Ekspert bildirib ki, Rusiya indiki geosiyasi şərtlərdə Azərbaycanla əlaqələrini möhkəmləndirmək niyyətindədir. Amma Pavel Felqenhauer qeyd edib ki,  Rusiyanın xarici siyasi kursunun prioritetini Dağlıq Qarabağ münaqişəsinin həllindən çox, Ukrayna məsələs maraqlandırır.  

"İndi Rusiya üçün Ukrayna prioritetdir. Digər tərəfdən isə Moskva Qərblə və Çinlə əlaqələri önə çəkir. Ona görə də Qarabağ probleminin nizamlanması Rusiya üçün vacib məsələ deyil”,-deyə o söyləyib.  

Ekspert vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin bütün qüvvəsi ilə Qərblə münasibətləri qaydaya salmaq istiqamətində səy göstərir.    

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM