ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, "Global Conflict Tracker" proqnozunda 34 geosiyasi risklər arasında Qarabağ müharibəsinin baş verməsi də yer alır.
Qeyd edək ki, Beynəlxalq əlaqələr Şurası (CFR) ABŞ və onun maraqlarına təsir edə biləcək hadisələri araşdırır.
Proqnozun verilməsi üçün təşkilat 2200-dən çox ictimai-siyasi xadim arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə, 2015-ci ildə Qarabağ müharibəsi başlayacaq. Bundan başqa Asiyada Cənubi Çin dənizində silahlı qarşıdurma, Şimali Koreyada krizis, Hindistan və Pakistan münaqişəsi, Çin və Hindistan arasında münaqişə və Çində etnik qarşıdurmanın olacağı qeyd edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !