Qarabağ münaqişəsinin həllində ABŞ niyə fəallaşmalıdır? - CSMonitor

16:30 | 18.06.2014
Qarabağ münaqişəsinin həllində ABŞ niyə fəallaşmalıdır? - CSMonitor

Qarabağ münaqişəsinin həllində ABŞ niyə fəallaşmalıdır? - CSMonitor

Bu yaxınlarda "CSMonitor.com" saytında məqalə dərc edildi ki, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinin irəliləyişində Amerikanın bilavasitə rolunun fəallaşması əhəmiyyətli addımdır, bu isə yalnız ABŞ-ın maraqlarına xidmət etməyəcək, həm də Vladimir Putinin hücum taktikasını dayandıracaq. Məqalənin müəllifi Svante Kornelldir. Həmin məqaləni ixtisarla sizin diqqətinizə təqdim edirik:

Bu ilin mayında Ermənistan və Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsinə dair atəşkəsin imzalanmasının 20 ili tamam oldu. Amma bu yubiley bayram üçün səbəb ola bilməz. Bu problem hələ də həll olunmamış qalır. Bundan başqa, Krımda baş vermiş münaqişə ABŞ-ın maraqları üçün heç vaxt olmadığı qədər təhlükəli və aktual olaraq görünür. 

Əgər Krım Avrasiyada sonuncu "dondurulmuş" münaqişədirsə, onda Dağlıq Qarabağ –postsovet məkanında ərazi münaqişələrinin anasıdır. Cənubi Qafqazın strateji əhəmiyyətli regionunda iki respublikanın qarşı-qarşıya gəldiyi bu dağlıq ərazi ətrafındakı münaqişə, atəşkəs haqqında sazişin imzalanmasından 20 il sonra da həll olunmamış qalır. O, həmçinin Cənubi Osetiyada, Abxaziyada, Dnestryanıda və yekunda Krımda geosiyasi çalarları olan ərazi münaqişələri üçün rəng verdi.

Krım kimi, Qarabağ da müəyyən xüsusiyyətlərə malik olan ərazidir. Mübahisəli tarixi, mübahisəli statusu və əhalisinin əksəriyyəti qonşu dövlətin milliyyətinə aid olan insanlar təşkil edir. Amma Krımda olduğu kimi, Qarabağda münaqişə heç vaxt sadəcə yerli sakinlərin fikir ayrılıqlarına əsaslanmırdı. Münaqişə həmişə üçüncü oyunçunun təsirini nəzərdə tuturdu: Bu münaqişənin nəticəsinin təyinində əsas rolu elə ilk gündən Moskva oynayır. Bu, hər iki tərəfdən zorakılığı və silahlı konfliktləri provokasiya etməyə imkan verdi və həmçinin Rusiyanın təzyiqinə şərait yaratmış oldu. Bu günə kimi Rusiya əvvəlki kimi öz siyasətini həyata keçirir, iki ölkə arasında qeyri-sabitliyi öz nəzarəti altında saxlayır və bu münaqişədən istifadə edərək, Ermənistan üzərində nəzarəti artırır, Qərbə istiqamət götürmüş Azərbaycanı zəiflətməyə çalışır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM