Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib

19:18 | 02.03.2023
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib

Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib

Martın 1-də Nizami Kinomərkəzində "Dalan" filminin təqdimatı keçirilib. Bu, Turan agentliyinin redaktoru Şahin Hacıyevin Ermənistan-Azərbaycan münaqişəsinin kökləri və səbəbləri barədə jurnalist araşdırmasıdır.

O, ermənilər, tədqiqatçı Filip Ekozyants və sülhməramlı Georgi Vanyanla birlikdə "türklər və ermənilər, ermənilər və azərbaycanlılar niyə düşmən oldular” sualına cavab axtarır.

Araşdırma Birinci Dünya Müharibəsindən başlayır və İkinci Qarabağ Müharibəsindən sonrakı dövrlə başa çatır.

Xarici arxivlər və əcnəbi tarixçilər üçüncü qüvvələrin rolunu üzə çıxararaq, o illərin hadisələrini anlamağa kömək edirlər.

Müəllif bugünkü Ermənistanda, onun bugünkü elitasında bu günün suallarına cavab axtarır.

20-ci əsrin əvvəllərində Türkiyə ermənilərinin hərəkətlərinin müasir Ermənistandakı soydaşlarının hərəkətlərilə müqayisəsi göstərir ki, 1915-ci il faciəsinin səbəbləri və ermənilərin bugünkü vəziyyəti bir çox cəhətdən oxşardır.

Odur ki, 100 il əvvəl olduğu kimi, bu gün də əsas sual eyni olaraq qalır: bu millət sonsuz tarixi çıxılmaz vəziyyətdən çıxış yolu tapmağa qadirdirmi?
Hadisələrin göstərdiyi kimi, düşüncələrini dəyişmədən, tarixi miflərdən əl çəkmədən, Georgi  və Filip kimi adamlar olmadan, ermənilər bunu edə bilməyəcəklər.

51 dəqiqəlik film dörd il yarım ərzində altı ölkədə Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və ABŞ -da çəkilib.

Film İctimai TV, Heydər Əliyev Fondunun dəstəyilə Fil production tərəfindən ərsəyə gətirilib. 

Ssenari müəllifi Şahin Hacıyev, rejissor Teymur Hacıyev, prodüser İsmayıl Səfərlidir.

Film yaxın həftələrdə Azərbaycan İctimai Televiziyasında nümayiş etdiriləcək. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti