Bunu Trend-ə Enerji, təbii ehtiyatlar və geosiyasət Mərkəzinin direktoru, Qlobal təhlükəsizliyin təhlili İnstitutunun aparıcı eskperti, "International Market Analysis" şirkətinin təsisçisi Ariel Koen deyib.
"Ermənistan son illər Rusiyadan böyük miqdarda silah alıb. Azərbaycan öz növbəsində, 5 milyard dollara qədər məbləğdə silahı alıb, bu da İsrailə məxsus olan silahının miqdarı ilə, demək olar ki, eynidir".
Ekspert bildirib ki, alınan silahların keyfiyyəti və sayına görə Ermənistan Azərbaycanla müqayisə oluna bilməz.
"100 milyon dollarlıq silah Ermənistanın silahlanma üzrə Azərbaycandan geri qalmasına heç bir təsir göstərməyəcək", - deyə qeyd edən ekspert əlavə edib ki, bu uzanmış münaqişəni həll etməyin vaxtı çatıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !