"Qarabağ" "Neftçi"ni 4:0 hesabla məğlub edib

22:00 | 02.04.2024

"Qarabağ" "Neftçi"ni 4:0 hesabla məğlub edib

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

İlk olaraq "Neftçi” "Qarabağ”ı qəbul edib.

"Neftçi Arena”da keçirilən qarşılaşmada Ağdam təmsilçisi 4:0 hesabı ilə qələbə qazanıb.

"Neftçi” – "Qarabağ” 0:4

Qollar: Toral Bayramov, 14-pen; 29. Marko Yankoviç, 37, Nəriman Axundzadə, 86.

Yarımfinal mərhələsinin "Zirə” – "Qəbələ” dueli aprelin 3-də baş tutacaq. Hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb