Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin növbəti turunun oyunları keçiriləcək.
Anews.az xəbər verir ki, avrokuboklarda yeganə təmsilçimiz "Qarabağ” da növbəti matçına çıxacaq.
Qurban Qurbanovun komandası doğma azarkeşlər önündə Kiprin "Omoniya” klubunu qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə 21:45-də start götürəcək. Qrupun digər matçı isə saat 19:30-da Qazaxıstanda "Kayrat” və "Bazel” komandaları arasında baş tutacaq. İsveçrə təmsilçisi Qazaxıstanda xal itirsə, "Qarabağ” da qələbə qazansa, bu zaman təmsilçimiz qrupda 1-ci yeri təmin edəcək ki, bu da 1/8 finala vəsiqə deməkdir.
Qrup mərhələsi, V tur
25 noyabr
21:45. "Qarabağ” (Azərbaycan) – "Omoniya” (Kipr)
Baş hakim: Morten Krox (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu
Komandalar görüşə aşağıdakı tərkibdə çıxacaqlar:
"Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev
"Omoniya”: 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Boteak, 18. Mixal Dyuriş, 20. Takis Zaxariu, 22. Adam Lanq, 30. Nikolas Panayotu, 76. Haralambos Haralambus, 80. Andronikos Kakulli, 83. Andreas Asimenos
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !