"Qarabağ” “Qalatasaray”a məğlub oldu- YENİLƏNİR/FOTO

21:48 | 26.03.2023

"Qarabağ” “Qalatasaray”a məğlub oldu- YENİLƏNİR/FOTO

"Qalatasaray” hesabı 2:1 edir. Mauro İkardi 87-ci dəqiqədə penaltidən fərqlənir.

 ****
"Qarabağ" və  "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda ikinci hissə başlayıb.

İlk yarıdan sonra hesab bərabərdir - 1:1. 

4-cü dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis hesabı açıb. 

18-ci dəqiqədə Redon Cica tarazlığı bərpa edib.

 *****
 "Qarabağ" və "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab bərabərləşib.
 
 "Qarabağ”ın oyunçusu Redon Cica 18-ci dəqiqədə fərqlənib.

 *****
"Qarabağ" və "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb. 

4-cü dəqiqədə İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib.
 
 ****
Ağdamın "Qarabağ” və Türkiyənin "Qalatasaray” klubları arasında Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu başlayıb.
 
 "Qarabağ”ın start heyətində Amin Ramazanov, Maksim Medvedev, Rahil Məmmədov, Kevin Medina, Donald Gerye, Julio Romao, Qara Qarayev, Leandro Andrade, Adama Diakabi, Abdullah Zubir və Redon Cica yer alıblar.
 
"Qalatasaray”ın heyətində meydana Okan Koçuk, Leo Dyubua, Matias Yensen, Emre Taşdemir, Kaan Ayhan, Yunus Akgün, Nikolo Zanyolo, Bafetimbi Qomis, Berkan Kutlu, Serjiu Oliveyra və Yusuf Demir çıxıblar.
 
Oyunu FIFA referisi Əliyar Ağayev idarə edir. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərirlər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirir. VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyevdir.
 
Oyundan əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM