Qarabağ qazisi, bir sıra uğurlu əməliyyatlarda iştirak edən İlqar Babayev Quba "ASAN-Xidmət” mərkəzində işlə təmin olunub.
AzVision.az-ın məlumatına görə, İ.Babayev uzun müddət Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və ordu sıralarından tərxis olunub.
İ.Babayev Quba "ASAN-Xidmət” Mərkəzində Vətəndaşların hüquqlarının təminatı sektorunda çalışır.
"Mənə göstərilən etimada görə "ASAN-Xidmət” rəhbərliyinə təşəkkür edirəm. İş üçün müraciət etdim, sağ olsunlar qəbul etdilər. Bundan sonra da xalqıma ləyaqətlə xidmət etməyə çalışacağam” – İ.Babayev deyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !