Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb

18:29 | 20.05.2024
Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb

Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb

Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərişıq” ASC-nin strukturu”nda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsinin yerinə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) yaradılıb və onun tərkibində Sumqayıt, Xızı, Qobustan rayon elektrik şəbəkələri və Bağlar elektrik şəbəkəsi daxil edilib.

Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şuşa) yaradılıb ki, onun tərkibinə Şuşa, Xocavənd, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Cəbrayıl rayon və Xankəndi elektrik şəbəkəsi daxil edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM