“Qarabağ” Romaya yola düşdü

21:25 | 03.12.2017
“Qarabağ” Romaya yola düşdü

“Qarabağ” Romaya yola düşdü

UEFA Çempionlar Liqasının qrup mərhələsindəki son matçında "Roma” ilə qarşılaşacaq Ağdamın "Qarabağ” futbol klubu İtaliyaya yola düşüb.

"Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, ağdamlılar bu gün saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan matçın keçiriləcəyi Romaya uçublar.

Komandanı səfərə "Qarabağ” təyyarəsi aparıb.

Qeyd edək ki, "Roma” – "Qarabağ” matçı dekabrın 5-də, saat 23:45-də start götürəcək.
 
"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində son oyunun hakimləri açıqlanıb.

Matçı almaniyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim: Tobias Stilier

Yan xətt hakimləri: Yan Seydel, Mayk Pikel

Köməkçi hakimlər: Bastian Dankert, Harm Osmers

Dördüncü hakim: Kristian Cittelman


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM