Qarabağ separatçılarına pul ayıran iş adamı öldürülüb

09:44 | 06.10.2017
Qarabağ separatçılarına pul ayıran iş adamı öldürülüb

Qarabağ separatçılarına pul ayıran iş adamı öldürülüb

Rusiyanın paytaxtı Moskvada erməni iş adamı qətlə yetirilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, güllələnərək öldürülən şəxs biznesmen, Voronej vilayətinin İctimai Palatasının üzvü və "Ani" təşkilatının sədri Arsen Papazyandır.
Sinəsindən ağır güllə yarası alan Papazyan xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Onun kimlər tərəfindən və hansı səbəbdən güllələnməsi məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məlumata görə, tikinti sahəsi ilə məşğul olan Papazyan erməni diasporunun fəal maliyyə mənbələrindən olub və Qarabağdakı qondarma quruma yardımlar edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti