Qarabağ separatçılarının liderlərindən biri azad edilib

19:01 | 16.07.2024
Qarabağ separatçılarının liderlərindən biri azad edilib

Qarabağ separatçılarının liderlərindən biri azad edilib

Ermənistanda həbs olunan Qarabağda dağıdılmış separatçı rejimin liderlərindən biri David Sarkisyan azadlığa buraxılıb. Bu barədə onun vəkili Roman Yeritsyan bildirib.

"Apellyasiya Məhkəməsi Stepanakert merinin ev dustaqlığında saxlanması qərarından verilən apellyasiya şikayətini təmin edib, qanunsuz məhkəmə aktını ləğv edib və müstəntiqin vəsatətini təmin etməyib. Nəzərinizə çatdırım ki, məhkəmə başqa qərarında da (Sərkisyanın) 20 günlük həbsini qanunsuz elan edib”, - Yeritsyan bildirib.

Bu il mayın 27-də Sarkisyan 20 sutka həbs edilib. Təhlükəsizlik qüvvələri onun evində axtarış aparıblar. O və daha 3 nəfər dələduzluqda və 4 avtomobildən oğurluqda ittiham olunub.
 
 
N.Təbrizli



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM