Qarabağ separatçılarının sponsoru məhkəmə qarşısında cavab verəcək

13:05 | 20.06.2015
Qarabağ separatçılarının sponsoru məhkəmə qarşısında cavab verəcək

Qarabağ separatçılarının sponsoru məhkəmə qarşısında cavab verəcək

İyulun 15-də.

İş adamı Levon Ayrapetyanın işi üzrə məhkəmə dinləməsi iyul ayının 15-də Moskva şəhər məhkəməsində başlayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə news.am-a iş adamının qohumları bildirib.

Qeyd edək ki, aprel ayının 13-də Ayrapetyanın işi "Başneft”ə dair işdən ayrılıb, burada yalnız pul mənimsəmə epizodu saxlanılıb.

Levon Ayrapetyan dünyada erməni diasporasının ən zəngin onluğunun siyahısındadır və "erməni soyqırımı”nın tanınması uğrunda mübarizə aparan dünya səviyyəli lobbiçilərdəndir. O, həmçinin qondarma "Dağlıq Qarabağ Respublikası”nın yaradılmasında fəal iştirak edib və onun əsas sponsorlarından hesab edilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM