AZXEBER.COM xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ” da Tofiq Bəhramov adına Respublika Stadionunda növbəti matçına çıxıb.
Ağdam təmsilçisi Kiprin APOEL klubunu qəbul edib. Səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası Kiprdə əldə etdiyi üstünlüyü qorumaqla pley-off mərhələsinə yüksələ bilərdi.
Lakin APOEL klubu vurduğu iki qolla "Qarabağ"ı 2:0 məğlub edərək növbəti mərhələyə adlayıb. 34-cü dəqiqədə De Vinsenti penaltidən fərqlənibsə, 68-ci dəqiqədə Matiç ikinci topu qapıdan keçirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !