“Qarabağ” “Sumqayıt”ı məğlub etdi

21:30 | 20.09.2021
“Qarabağ” “Sumqayıt”ı məğlub etdi

“Qarabağ” “Sumqayıt”ı məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

"Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

"Qarabağ” doğma meydanda "Sumqayıt”la qarşılaşıb. Ağdam təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Xatırladaq ki, turun daha öncə baş tutan oyunlarında "Qəbələ” "Səbail”ə 5:0, "Neftçi” "Keşlə”yə 3:0 hesabıyla qalib gəlib. "Zirə” – "Sabah” oyununda isə qalib müəyyənləşməyib – 1:1.
Azərbaycan Premyer Liqası
4-cü tur
20 sentyabr
"Qarabağ” – "Sumqayıt” 2:0
Qol: F.Ozobiç, 42-pen; 90+5.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Fərid Hacıyev.
Bakı. "Azersun Arena”, 19:00.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM