"Top-500”də Azərbaycan iki klubla təmsil olunub. Azərbaycan təmsilçiləri arasında ən yüksək pillədə "Qarabağ” qərarlaşıb. Qurban Qurbanovun yetirmələri planetin 175-ci komandasıdır. Ağdam klubunun aktivində 1560 xal var.
Azərbaycan Premyer Liqasının vitse-çempionu bir il ərzində böyük sıçrayışa nail olub. "Qarabağ” 44 pilləlik yüksəliş əldə edib.
Ölkə çempionu "Neftçi” də son bir ildə irəliləyib. Bakı təmsilçisi 365-ci sırada qərarlaşıb. Baş məşqçi Samir Abasovun yetirmələrinin aktivində 1471 xal var. Paytaxt klubu 23 pillə irəliləyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !