• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Qarabağ Universitetində 1 həftə tanışlıq günləri keçiriləcək

Qarabağ Universitetində 1 həftə tanışlıq günləri keçiriləcək
12.09.2024 12:46
Qarabağ  Universitetində dərslər sentyabrın 23-də başlanacaq. Bu barədə universitetin açıqlamasında bildirilib. 
 
"İlk həftə ərzində tələbələrlə tanışlıq günləri keçiriləcək. Həmin günlərdə tələbələr universitet kampusu, əməkdaşlarla və Xankəndi ilə tanış olacaq, bütün zəruri məlumatları əldə edəcəklər və onları maraqlandıran suallara cavab alacaqlar", - məlumatda deyilir. 
 
Bir neçə gün öncə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, artıq  bu universitetlərə tələbələrin 99%-nin qeydiyyatı başa çatıb. Onların hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlərin verilməsi də planlaşdırılırb. 
 
İlk dəfə fəaliyyətə başlayan Qarabağ Universitetinə bu il  1120 plan yeri ayrılıb. 
 
Qarabağ Universitetində təhsil iki dildə aparılacaq.

Bir necə gün öncə Qarabağ Univrsitetinin rektoru bildirib ki, sentyabrdan etibarən 1120 tələbənin bu universitetdə təhsil almaq imkanı olacaq. 
 
Bundan əvvəl elm və təhsil naziri Qarabağ Universitetinin yeni görüntülərini paylaşaraq bildirib ki, Qarabağ Universiteti ölkənin elm və təhsil mərkəzinə çevriləcək. 
 
Fevralın 15-də Prezidentin ehtiyyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada azərbaycanəsilli polis rəisi saxlanılıb
Cəmiyyət 17:30
Rusiyada azərbaycanəsilli polis rəisi saxlanılıb
Salyanda maşın kanala aşıb,ölənlər var
Cəmiyyət 16:39
Salyanda maşın kanala aşıb,ölənlər var
Köməksiz qalan azyaşlı xilas edildi - Video
Cəmiyyət 15:55
Köməksiz qalan azyaşlı xilas edildi - Video
Bakıda və Aran rayonlarında 38 dərəcə isti müşahidə olunur - FAKTİKİ HAVA
Cəmiyyət 15:01
Bakıda və Aran rayonlarında 38 dərəcə isti müşahidə olunur - FAKTİKİ HAVA
Qazaxda traktorda meyit tapılıb
Cəmiyyət 14:15
Qazaxda traktorda meyit tapılıb
Çimərliklərdə hava necə olacaq?
Cəmiyyət 14:00
Çimərliklərdə hava necə olacaq?
Aeroport yolunda qəza tıxaca səbəb olub
Cəmiyyət 12:53
Aeroport yolunda qəza tıxaca səbəb olub
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Sarayda sexdə yanğın olub
Cəmiyyət 12:10
Sarayda sexdə yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol