Qarabağ universitetində ilk illərdə təhsil ödənişsiz olacaq

15:54 | 29.02.2024
Qarabağ universitetində ilk illərdə təhsil ödənişsiz olacaq

Qarabağ universitetində ilk illərdə təhsil ödənişsiz olacaq

Qarabağ universitetində ilk illərdə təhsil ödənişsiz olacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
"İlk illərdə ödənişsiz təhsil olacaq. Fərqli ballar tətbiq olunur. Yüksək bal yığaanlara əlavə təqaüdlər nəzərdə tutulur. Yatağxana ödənişsiz olacaq. Yaxın ərazilərdən olan müəllimlərin universitetə dərs deməyə cəlb olunması nəzərdə tutulur. Xaricdə yaşayan gənc alimlərimiz tərəfindən Qarabağ universitetinə dərs demək üçün təkliflər almışıq və bunu yüksək qiymətləndiririk",- Emin Əmrullayev fevralın 29-da mətbuat üçün keçirdiyi mətbuat konfrasında deyib.
 
Fevralın 15-də Prezidentin ehtiyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
 
İlkin mərhələdə universitetdə  800-1000 tələbə təhsil alacaq.
 
Xankəndində həmçinin Qarabağ Universitetində 1 peşə təhsil müəssisəsinin yaradılması planlaşdırılır. 

Sosial Tədqiqatlar Mərkəzinin tələbələr arasında keçirdiyi rəy sorğusuna görə 35,3% tələbə Qarabağ universitetində oxumaq istədiyini bildirib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM