Qarabağ universitetinə qəbul olacaq tələbələrə güzəştlər ediləcək - Nazir

13:01 | 26.02.2024
Qarabağ universitetinə qəbul olacaq tələbələrə güzəştlər ediləcək - Nazir

Qarabağ universitetinə qəbul olacaq tələbələrə güzəştlər ediləcək - Nazir

Qarabağ universitetinə qəbul olacaq tələbələrə güzəştlər ediləcək. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
"Hazırda tam hazırlıq işləri gedir. İndidən deyə bilərik ki, əlavə təqaüdlər, yəni həvəsləndirmə təqaüdləri yüksək bal toplamış tələbələrə tətbiq olunacaq. Eyni zamanda yataqxana bütün tələbələr üçün pulsuz təmin ediləcək", - Əmrullayev fevralın 26-da Xocalı soyqırımı ilə bağlı "Ana haray" abidəsini ziyarət edərkən jurnalistlərin suallarına cavab verərkən qeyd edib.
 
Fevralın 15-də Prezidentin ehtiyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
 
İlkin mərhələdə universitetdə  800-1000 tələbə təhsil alacaq.
 
Xankəndində həmçinin Qarabağ Universitetində 1 peşə təhsil müəssisəsinin yaradılması planlaşdırılır. 

Sosial Tədqiqatlar Mərkəzinin tələbələr arasında keçirdiyi rəy sorğusuna görə 35,3% tələbə Qarabağ universitetində oxumaq istədiyini bildirib.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM