• $ 1.7
  • € 1.9753
  • ₽ 0.021795
  • ₺ 0.0422
  • £ 2.2774

Qarabağ Universitetinin 3 fakültəsinə dekan vakansiyası elan olunub

Qarabağ Universitetinin 3 fakültəsinə dekan vakansiyası elan olunub
03.06.2024 13:31
Qarabağ Universitetində Mühəndislik, İqtisadiyyat və Turizm fakültələrinə dekan vəzifələri üzrə vakansiyalar elan edilib. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən çəlumat verilib.
 
Bildirilir ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə "_ (sahəsi üzrə) fakültə dekanı” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalar üzrə son müraciət tarixi 15 iyun 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://t.ly/0t4h5
 
Fevralın 15-də Prezidentin ehtiyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
 
İlkin mərhələdə universitetdə  800-1000 tələbə təhsil alacaq.
 
Mayın 17-si Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova  Qarabağ Universitetinə bu il üçün əcnəbi tələbə qəbulu nəzərdə tutulmadığını söyləyib.

İlk illərdə Qarabağ Universitetinə qəbul olan tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur. 
 
Aytac Zeynalova










www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var
Cəmiyyət 21:06
Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var
Şahin Şıxlinski axtarışa verilib
Cəmiyyət 20:37
Şahin Şıxlinski axtarışa verilib
Şüvəlanda bir nəfər dənizdə batıb
Cəmiyyət 20:11
Şüvəlanda bir nəfər dənizdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:25
Bu ərazilərdə qaz olmayacaq
İyulun 6-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
Cəmiyyət 19:10
İyulun 6-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib - Video
Cəmiyyət 18:51
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib - Video
Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:31
Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib
“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib
Cəmiyyət 18:30
“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib

Bakıda 3 prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Cəmiyyət 17:27
Bakıda 3 prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol