Qarabağ Universitetində SABAH qruplarının tələbələri ödənişsiz təhsil alacaq

09:57 | 04.06.2024
Qarabağ Universitetində SABAH qruplarının tələbələri ödənişsiz təhsil alacaq

Qarabağ Universitetində SABAH qruplarının tələbələri ödənişsiz təhsil alacaq

Qarabağ Universitetində təhsil alacaq SABAH qruplarının tələbələri ödənişdən azad olunacaq. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. 
 
Yeni tədris ilində Qarabağ Universitetində bakalavr təhsili üzrə SABAH qruplarına 8 ixtisas üzrə tələbə qəbulu aparılacaq.
 
Bir neçə gün öncə Qarabağ Universitetinə yeni rektor təyin edilib. 
 
Fevralın 15-də Prezidentin ehtiyyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
 
İlkin mərhələdə universitetdə  800-1000 tələbə təhsil alacaq.
 
İlk illərdə Qarabağ Universitetində tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM