Qarabağ üzrə üçtərəfli qrupun iclası gələn həftə keçiriləcək

17:22 | 19.05.2023
Qarabağ üzrə üçtərəfli qrupun iclası gələn həftə keçiriləcək

Qarabağ üzrə üçtərəfli qrupun iclası gələn həftə keçiriləcək

Gələn həftə Qarabağda nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupunun iclası keçiriləcək. Bu barədə cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla danışıqların yekunlarına dair dərc olunmuş şərhində deyilir.

"Gələn həftə baş nazirin müavinlərinin başçılıq etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması məsələləri üzrə görüşü keçiriləcək. Ümid edirik ki, nəticədə müsbət nəticə əldə olunacaq. Tərəflər artıq yekun razılaşamaya qədər yaxındırlar", - nazir bildirib. 
 
Lavrovun sözlərinə görə, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Qarabağda təhlükəsizlik vəziyyəti yaxşılaşdırılmasa, sülh müqaviləsi üzərində işin çətin olacağını bildiriblər. 
 
Gülnar 
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM